home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Elmi kadrların hazırlanması haqqında

2017-06-19

 

Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də ölkənin elmi-texniki potensialın inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir.

Bu gün Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur ki, onların da 59-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  84-ü müxbir üzvü, 1528-i professor, 273-ü isə dosentdir.      

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 53,1 faizi qadın olmaqla 2723 nəfər təhsil almışdır. Təhsil alanların 80,0 faizi fəlsəfə, 20,0 faizi isə elmlər doktoru proqramları üzrə təhsil almışlar.

Təhsil alanların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil almışdır. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil etmişdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,2 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2182 nəfərin 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 118 nəfər filologiya, 80 nəfər aqrar, 53 nəfər iqtisad, 48 nəfər texnika, 29 nəfər biologiya, 24 nəfər tarix, 23 nəfər pedaqogika, 26 nəfər yer elmləri,  140 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2015-ci illə müqayisədə 2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 17,0 faiz azalaraq 543 nəfər, elmlər doktoru proqramı üzrə isə 9,7 faiz artaraq 79 nəfər təşkil etmişdir. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı da 24,7 faiz azalaraq 420 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 7,4 faiz artaraq 101 nəfər təşkil etmişdir.

Bununla yanaşı, 2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə 704 dissertant təhkim olunmuşdur ki, onların da 62,1 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı isə 86 nəfəri qadın olmaqla 198 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunmuşdur.

 

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim