home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

2017-ci ilin yanvar-may aylarında sənaye istehsalı haqqında

2017-06-14

2017-ci ilin yanvar-may aylarında ölkə sənayesində 15,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9 faiz artmış, neft sektorunda isə 7,1 faiz azalmışdır.

Sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda, 24,4 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 9,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 3,1 faiz, içkilərin istehsalı 37,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 62,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 87,5 faiz, kağız və karton istehsalı 1,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,0 faiz, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,0 faiz, tikinti materiallarının istehsalı 41,4 faiz, kompüter və elektron məhsulların istehsalı 72,1 faiz, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 18,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 24,4 faiz, mebel istehsalı 34,7 faiz artmış, tütün məmulatlarının istehsalı 38,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 58,8 faiz, poliqrafiya məhsullarının istehsalı 32,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,5 faiz,  hazır metal məmulatlarının istehsalı 34,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 57,2 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalmışdır.

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim