home envelope sitemap
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

2017-06-14

2017-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9 faiz üstələyərək 12,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 6,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,8 faiz və 2,9 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2016-cı ilin yanvar-may aylarına

nisbətən,  faizlə

Pərakəndə ticarət dövriyyəsi

12 918,3

101,9

                o cümlədən:  

  ərzaq məhsulları

5 842,1

100,9

  içkilər və tütün məmulatları

686,9

100,4

  toxuculuq məhsulları, geyim və

  ayaqqabılar

2 324,6

103,5

  elektrik malları və mebellər

806,0

102,2

  kompüterlər, telekommunikasiya

  avadanlıqları və çap məhsulları

96,0

102,1

  əczaçılıq və tibbi mallar

171,2

101,8

    avtomobil yanacağı

 642,4

99,9

    digər qeyri-ərzaq məhsulları

2 349,1

103,6

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,0 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının 11,5 faizi ticarət müəssisələri, 53,6 faizi fərdi sahibkarlar tərəfindən, 34,9 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 4,3 faiz, fərdi sahibkarlar üzrə 2,5 faiz, bazar və yarmarkalar üzrə 0,1 faiz artmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  266,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 37,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 134,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,7 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

kişisel blog
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim