home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət qulluqçularının sayı və onların əmək haqqı barədə

2017-06-13

2017-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olmuş və onların 28,6 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,0 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76,2 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.  

Dövlət qulluqçularının 8,1 faizi 1 ilə qədər, 27,4 faizi 1 ildən 5 ilə qədər, 20,9 faizi     5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 18,5 faiz, 30-34 yaşda 15,2 faiz, 35-44 yaşda 22,1 faiz, 45-54 yaşda 23,2 faiz, 55-62 yaşda 17,7 faiz, 63-64 yaşda 2,1 faiz, 65 və yuxarı yaşda 1,2 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının      1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,1 faizini şöbə müdirinin müavinləri, 8,2 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,2 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 21,3 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,2 faiz komplektləşdirilmişdir.

Dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 2016-cı ildə 634,3 manat təşkil etmişdir.

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim