home envelope sitemap
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT-nin nümayəndə heyəti ilə görüşüb

2017-06-01

İyunun 1-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) İstanbul Regional Mərkəzinin Baş müşaviri Ben Sleyin rəhbərlik etdiyi missiya ilə görüşüb.

Görüşdə əsas məqsəd qlobal məqsəd və hədəflərə uyğun Azərbaycan üçün əhəmiyyət kəsb edən milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, DİM-in icrası və monitorinqi üçün mövcud statistik imkanların müzakirə edilməsidir.

 Nümayəndə missiyasını salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi proqramlar və sistemli tədbirlər nəticəsində Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər, milli inkişaf modelinin uğurlu tətbiqi və dayanıqlı inkişafa nail olunması Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktorlar hesab edilir. Dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verən Komitə sədri qeyd edib ki, Dövlət başcısının 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə dayanıqlı inkişaf məqsədləri üzrə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Dövlət Statistika Komitəsi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli məlumatların təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Cari ilin 30-31 may tarixlərində Bakıda BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu ilə əməkdaşlıq çərçivəsində yüksək səviyyəli rəsmi statistiklər üçün keçirilmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminar haqqında qonaqları məlumatlandıran Tahir Budaqov vurğulayıb ki, bu sahədə beynəlxalq tələblərə cavab verən statistik məlumatların hazırlanması statistika orqanlarının üzərinə yeni vəzifələr qoyur.

BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Baş müşaviri, Missiyanın rəhbəri Ben Sley səmimi görüşə görə məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycana səfərin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli şəraitə uyğunlaşdırılması üzrə həyata keçirilən fəaliyyətin öyrənilməsi və müvafiq tövsiyələrin hazırlanmasıdır.

Görüşdə Dövlət Statistika Komitəsi ilə BMT-nin İnkişaf Proqramı arasında gələcək əməkdaşlıq prespektivləri müzakirə edilib.   

kişisel blog
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim