home envelope sitemap
logo
İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1525,2 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir 2017-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 16,2 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

2016-cı ildə sənaye istehsalı haqqında

2017-01-17

2016-cı ildə sənaye sahəsində 32,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artmış, neft sektorunda isə 1,1 faiz azalmışdır.

Sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 4,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 41,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, kompüter və elektron məhsulların istehsalı 7,4 faiz, elektrik avadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,0 faiz, mebel istehsalı 9,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7 faiz artmış, içkilərin istehsalı 10,0 faiz, tütün məmulatlarının istehsalı 13,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9 faiz, poliqrafiya məhsullarının istehsalı 12,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 12,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 10,6 faiz,  maşın və avadanlıqların istehsalı isə 14,9 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda isə 0,7 faiz azalmışdır.

Tel. 539-87-17

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim