home envelope sitemap
logo
İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1525,2 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir 2017-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 16,2 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

2017-01-13

2016-cı ildə sənaye məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 27,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 30,9 faiz, emal sənayesi üzrə 15,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 9,3 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,1 faiz bahalaşmışdır.

2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri  21,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 23,3 faiz, emal sənayesi üzrə 12,7 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 37,3 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməmişdir. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 23,4 faiz, metal filizlərin hasilatı üzrə 3,5 faiz bahalaşmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 23,1 faiz, toxuculuq sənayesi üzrə 7,5 faiz, kimya sənayesi üzrə 5,4 faiz, metallurgiya sənayesi üzrə 4,5 faiz, geyim istehsalı üzrə 3,2 faiz, qida məhsullarının istehsalı üzrə 2,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,3 faiz, kağız və karton istehsalı üzrə 0,2 faiz bahalaşmış, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,6 faiz, içki istehsalı üzrə 0,5 faiz, tikinti materiallarının istehsalı üzrə isə 0,3 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim