2016-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

16.09.2016


2016-cı ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38027,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalması olmuşdur. Əlavə dəyərin 38,0 faizi sənayedə, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 3953,0 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-avqust aylarında 20,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,3 faiz, o cümlədən neft hasilatı 1,1 faiz artmış, əmtəəlik qaz hasilatı isə 0,8 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 20,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,8 faiz, kağız və karton istehsalı 6,6 faiz, poliqrafiya məhsullarının istehsalı 21,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,9 faiz, hazır metal məmulatlarının istehsalı 17,2 faiz, kompyuter və elektron məhsulların istehsalı 14,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 25,6 faiz, mebel istehsalı 12,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 62,0 faiz artmış, içkilərin istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 3,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 15,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,8 faiz, tikinti materiallarının istehsalı 17,2 faiz, maşın və avadanlıqların istehsalı isə 12,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3 faiz, neft sektorunda isə 0,7 faiz artmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2016-cı il vəziyyətinə 331,7 milyon manatlıq hazır məhsul olmuşdur.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Sentyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min hektar əkin sahəsinin 958,2 min hektarı biçilmiş və həmin sahələrdən 2833,5 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,6 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 13,9 min hektar dən üçün qarğıdalı sahəsindən 75,9 min ton məhsul götürülmüşdür.
Məhsul yığımı başlanandan sentyabr ayının 1-dək sahələrdən 734,4 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,4 min ton çox kartof, 985,6 min ton (25,9 min ton az) tərəvəz, 435,3 min ton (21,0 min ton az) bostan məhsulları, 355,5 min ton (2,9 min ton çox) meyvə və giləmeyvə, 34,5 min ton (2,7 min ton az) üzüm, 738,6 ton (359,2 ton çox) yaşıl çay yarpağı, 2579 ton (183,6 ton çox) tütün yarpağı yığılmışdır.
Hesabat dövründə sahələrdən 14,3 min ton və ya əvvəlki ilin eyni dövrünə nisbətən 752 ton az dən üçün günəbaxan məhsulu toplanmışdır.
2016-cı ildə emal üçün şəkər çuğunduru əkilmiş 7,1 min hektar sahənin 212,5 hektarından məhsulun toplanması həyata keçirilmiş və həmin sahələrdən hər hektardan orta hesabla 40,7 sentner olmaqla cari ilin avqust ayında 864 ton məhsul götürülmüşdür.
2016-cı ilin yanvar-avqust aylarında 305,3 min ton, yaxud əvvəlki ilin yanvar-avqust aylarına nisbətən 2,4 faiz çox diri çəkidə ət, 1331,7 min ton (2,3 faiz çox) süd, 1072,8 milyon ədəd (5,2 faiz çox) yumurta, 16,2 min ton (1,8 faiz çox) yun istehsal olunmuşdur.
2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,1 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artmışdır.
2016-cı ilin yanvar-avqust aylarında əsas kapitala 8999,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 7275,2 milyon manatı və ya 80,8 faizi məhsul istehsalı obyektlərinin, 1363,4 milyon manatı (15,2 faizi) xidmət sahələri üzrə obyektlərin, 360,5 milyon manatı (4,0 faizi) isə ümumi sahəsi 1011,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3424,0 milyon manatını və ya 38,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 6408,5 milyon manatı və ya 71,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-avqust aylarında 147,0 milyon ton yük və 1234,2 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,2 faiz azalmış, sərnişin daşınması isə 1,9 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 64,0 faizi avtomobil, 27,1 faizi boru kəməri, 6,4 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 88,4 faizi avtomobil, 11,4 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1070,7 milyon manatlıq xidmətlərin 72,2 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin həcmi 9,2 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 18463,7 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 4682,6 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,9 faiz artmış, ticarət şəbəkəsində 9184,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9279,6 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 9347,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 4589,8 milyon dollarını və ya 49,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 4757,3 milyon dollarını (50,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 167,5 milyon dollar məbləğində mənfi saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 13,2 faiz, o cümlədən ixrac 14,9 faiz, idxal isə 10,9 faiz azalmışdır. Ticarət dövriyyəsinin 39,4 faizi Avropa İttifaqı ölkələrinin, 15,9 faizi MDB üzvü ölkələrinin, 44,7 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxalın ümumi dəyərinin 28,1 faizi Avropa İttifaqı ölkələrinin, 23,8 faizi MDB üzvü ölkələrinin, 48,1 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxracın ümumi dəyərinin 51,2 faizi Avropa İttifaqı ölkələrinin, 7,6 faizi MDB üzvü ölkələrinin, 41,2 faizi isə digər ölkələrin hesabına formalaşmışdır.
2016-cı ilin yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 26,1 faiz azalaraq 662,1 milyon dollar təşkil etmişdir.
2016-cı ilin yanvar-avqust aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,9 faiz artmışdır.
2016-cı ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 489,3 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,6 faiz artaraq 28972,4 milyon manata çatmışdır. Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,9 faizi isə yığıma yönəldilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 8281,5 milyon manat vəsait daxil olmuş, büdcədən 9348,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 1067,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,8 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16713,3 milyon manat təşkil etmiş, onun 13156,1 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il avqust ayının 1-i ilə müqayisədə 17,2 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,0 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il avqust ayının 1-nə 7843,8 milyon manat təşkil etmişdir.
Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,61 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya – 1,81 manata (1,74), 100 Rusiya rubluna – 2,48 manata (2,27) bərabər olmuşdur.
2016-cı ilin yanvar-iyul aylarında əhalinin sayı 59,8 min nəfər və ya 0,6 faiz artaraq 2016-cı il avqust ayının 1-i vəziyyətinə 9765,4 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2016-cı ilin yanvar-avqust ayları, faktiki 2016-cı ilin yanvar-avqust ayları 2015-сi ilin yanvar-avqust aylarına nisbətən, faizlə Məlumat üçün:
2015-ci ilin yanvar-avqust ayları 2014-сü ilin yanvar-avqust aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul, milyon manat 38 027,8 96,9 104,2
o cümlədən qeyri-neft ÜDM 24 981,9 94,2 107,3
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 3 953,0 95,7 104,2
Sənaye məhsulu, milyon manat 20 258,3 101,0 102,3
o cümlədən qeyri-neft sənayesi 5 367,5 103,3 111,3
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat 8 999,1 69,3 101,7
o cümlədən tikinti-quraşdırma işlərinə 6 408,5 67,7 108,4
Kənd təsərrüfatı məhsulu, milyon manat 3 914,5 102,4 107,4
o cümlədən: bitkiçilik 1 987,7 102,1 112,3
heyvandarlıq 1 926,8 102,8 102,2
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 147,0 98,8 100,7
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 1 234,2 101,9 103,6
İnformasiya və rabitə xidmətləri, milyon manat 1 070,7 109,2 110,8
Pərakəndə ticarət dövriyyəsi, milyon manat 18 463,7 102,2 111,3
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat 4 682,6 100,9 106,2
Dövlət büdcəsinin gəlirləri, milyon manat 8 281,5 77,6 86,0
Dövlət büdcəsinin xərcləri milyon manat 9 348,5 86,6 94,1
Dövlət büdcəsinin kəsiri, milyon manat 1 067,0 - -
Əhalinin gəlirləri, milyon manat 28 972,4 108,6 105,9
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 3 011,7 107,4 104,6
Əhalinin banklardakı əmanətləri, 2016-cı il 01 avqust vəziyyətinə, milyon manat 7 843,8 103,1 109,6
Kredit qoyuluşları, 2016-cı il 01 avqust vəziyyətinə, milyon manat 16 713,3 82,8 118,5
o cümlədən vaxtı keçmiş kreditlər 1 504,4 116,2 143,9
Orta aylıq əmək haqqı, manat 489,3x) 106,6xx) 104,1xxx)
İstehlak qiymətlərinin indeksi - 110,8 103,8
Əhalinin sayı, 2016-cı il 01 avqust vəziyyətinə, min nəfər 9 765,4 101,1 101,2
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 12 133,6x) 93,7xx) 102,0xxx)
o cümlədən: ixrac 7 376,3x) 96,0xx) 100,6 xxx)
idxal 4 757,3x) 89,1xx) 107,8xxx)
Gömrük məlumatı2)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 9 347,1x) 86,8xx) 104,1xxx)
o cümlədən: ixrac 4 589,8 x) 85,1xx) 102,7xxx)
ondan qeyri-neft ixracı 662,1x) 73,9xx) 111,4xxx)
idxal 4 757,3x) 89,1xx) 107,8xxx)
Qeyd:
x) 2016-cı ilin yanvar-iyul ayları.
xx) 2016-cı ilin yanvar- iyul ayları 2015-ci ilin yanvar- iyul aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə).
xxx)2015-ci ilin yanvar- iyul ayları 2014-cü ilin yanvar- iyul aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəliqiymətlərlə).
1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinədair məlumatlar nəzərə alınmaqla.
2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla.