home envelope sitemap
logo

2016-cı ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

2016-08-12

2016-cı ilin yanvar-iyun ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 23884,0 min ton, yük dövriyyəsi isə 4592,0 milyon ton-km olmuşdur. Yüklərin 15178,8 min tonu və ya 63,6 faizi avtomobil nəqliyyatı, 6472,6 min tonu və ya 27,1 faizi dəmir yolu nəqliyyatı, 2232,6 min tonu və ya 9,3 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 9,0 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 19,6 faiz və 34,8 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 3567,6 min tonunu tranzit yüklər təşkil etmişdir. 2016-cı ilin yanvar-iyun aylarında dəhliz vasitəsilə 164,6 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 3313,3 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,2 faiz artmışdır.

Tel: 538-62-96

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim