home envelope sitemap
logo

Sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

2016-05-13

2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 8,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,4 faiz, emal sənayesi üzrə 8,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməmişdir.
2016-cı ilin aprel ayında mart ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 2,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz, emal sənayesi üzrə 1,6 faiz bahalaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməmişdir. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7 faiz, metal filizlərinin hasilatı üzrə 3,1 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz bahalaşmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 21,0 faiz, poliqrafiya fəaliyyəti üzrə 13,4 faiz, geyim istehsalı üzrə 5,3 faiz, kimya sənayesi üzrə 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,6 faiz, tütün məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 2,7 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,5 faiz, mebel istehsalı üzrə 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1 faiz bahalaşmış, içki istehsalı üzrə 2,2 faiz, kağız və kartonun, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, kompyuter və digər elektrik avadanlıqların istehsalı, habelə maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Tel: 538-52-72

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim