home envelope sitemap
logo

2016-cı ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında

2016-03-29

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında 4,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 61,7 faizi mədənçıxarma sektorunda, 29,4 faizi emal sektorunda, 8,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 8,3 faiz, neft hasilatı isə 1,4 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 2,0 faiz, tütün məmulatlarının istehsalı 80,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,1 dəfə, geyim istehsalı 23,5 faiz, metallurgiya məhsullarının istehsalı 50,8 faiz, hazır metal məhsullarının istehsalı 93,7 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 67,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 19,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,5 dəfə artmış, içkilərin istehsalı 18,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 15,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 50,5 faiz, tikinti materiallarının istehsalı 48,5 faiz, elektrik avadanlıqlarının istehsalı 44,3 faiz, maşın və avadanlıqların istehsalı 31,7 faiz, mebel istehsalı isə 3,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artmış, neft sektorunda isə 0,7 faiz azalmışdır.

Telefon: 539 87 17

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim