home envelope sitemap
logo

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

2016-03-18

2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,8 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşmışdır. 2016-cı ilin fevral ayında yanvar ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır. Fevral ayında yanvar ayı ilə müqayisədə bitkiçilik məhsullarından arpanın, kələmin, noxud və lobya dəninin, göyərtinin, almanın, heyvanın, narın, qozun, fındığın, şabalıdın istehsalçı qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Fevral ayı ərzində heyvandarlıq məhsullarından diri qoyun və keçilərin, yumurta və quş ətinin istehsalçı qiymətlərində ucuzlaşma, qoyun ətinin və südün istehsalçı qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim