home envelope sitemap
logo

Аzərbаycаndа dеmоqrаfik vəziyyət

2016-02-19

Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 112,6 min nəfər və yaxud 1,2 faiz artaraq 2016-cı ilin əvvəlinə 9705,6 min nəfər olmuşdur.
2015-ci ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş vermişdir. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunmuş və əhalinin ümumi artımının 1,0 faizini təşkil etmişdir. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 qadın düşür.
Son illər ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 111,5 min nəfər çox olmuşdur. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə doğulmuş 166,2 min körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil etmişdir. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Körpələrin 3054-ü əkiz, 84-ü üçəm, 8-i isə dördəm doğulmuşdur.
Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,1 uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2015-ci il ərzində ölkədə 54,7 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,7 təşkil etmişdir. Ölüm səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə də öz təsirini göstərir. Ötən il bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6, qadınlar üçün 76,8 yaş olmuşdur.
Keçən il ölkədə qeydiyyat şöbələri tərəfindən 68,8 min nikah və 12,8 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstəricilər müvafiq olaraq 7,2 və 1,3 olmuşdur.
2015-ci ildə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gələn və 1,6 min nəfər ölkədən gedən qeydə alınmışdır.

Telefon: 538 51 43

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim