15.04.2014  

Azərbаycаndа dеmоqrаfik vəziyyət

2014-cü il mart ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9494,6 min nəfərə çataraq ilin əvvəlindən 17,5 min nəfər və ya 0,2 faiz artmışdır. Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olmuşdur. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir.
2014-cü ilin ilk iki ayı ərzində 27,7 min və ya hər gün orta hesabla 469 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum eyni səviyyədə (18,3) qalaraq dəyişməmişdir. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir.
Yanvar-fevral aylarında ölkədə 10,7 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 7,0 təşkil etmişdir.
İlin əvvəlindən rəsmi orqanlar tərəfindən 11,3 min nikah və 1,9 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,9-dan 7,5-ə qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalmışdır.
Cari ilin yanvar-fevral ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 533 nəfər gələn və 129 nəfər ölkədən gedən qeydə alınmışdır.

Tel: 538-51-43