home envelope sitemap
logo

Məmmədov Xəqani Telman oğlu - Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi

“Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi“
Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru
Telefon: 538-77-19
1974-cü il fevralın 1-də Naxçıvan MR-in Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1998-ci ildə Türkiyə Respublikasının Hacettepe Universitetini bitirmişdir.
1998-1999-cu illərdə Türkiyə Respublikasında qeydiyyatdan keçmiş “Akçağ” şirkətində maliyyə meneceri, 2001-2014-cü illərdə Mərkəzi Klinikada iqtisadçı, maliyyə bölməsinin rəisi, maliyyə və inzibati xidmət şöbəsinin müdir müavini, maliyyə və inzibati xidmət şöbəsinin müdiri, 2014-2016-cı illərdə “Archinem” MMC şirkətində direktor müavini vəzifələrində işləmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Auditorlar Palatasının Beynəlxalq Maliyyə Uçotu Standartları üzrə Milli Diplomuna layiq görülüb.
2016-cı il 26 fevral tarixində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədrinin Əmri ilə “Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdir.
Evlidir, üç övladı var.
Mərkəzin fəaliyyət istiqaməti:
-Statistika sahəsində elmi-tədqiqat işlərinin aparılması, mövcud statistik metodologiyaların təkmilləşdirilməsi və yeni metodologiyaların işlənilməsi, seçmələrin layihələndirilməsi və statistik məlumatların ekonometrik təhlili;
-İnnovativ statistik texnologiyaların öyrənilməsi, onların tətbiqi ilə bağlı təkliflərin hazırlanması və bu sahədə Komitənin mütəxəssislərinin biliklərinin artırılmasına köməklik göstərilməsi;
-“Statistika xəbərləri” elmi-praktik jurnalının, statistik nəşrlərin, o cümlədən bülletenlərin, müxtəlif çıxış materiallarının çap edilməsi, poliqrafik fəaliyyətin göstərilməsi;
- qanunvericiliklə qadağan olmayan digər istiqamətlərdə fəaliyyətin göstərilməsi.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim