home envelope sitemap
logo

İbrahimova Aida Binadar qızı - Ticarət statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-77-25
E-poçt: aida@azstat.org
1962-ci il fevral ayının 23-də Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1983-1987-ci illərdə “Azərbaycan ayaqqabı ticarəti” bazasında əmtəəşünas, 1987-1997-ci illərdə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, baş iqtisadçı, şöbə rəisinin müavini, şöbə rəisi, 1997-ci ildən Dövlətstatkomun Aparatında şöbə müdirinin müavini vəzifələrində işləmişdir.
2015-ci ildən Dövlətstatkomun Ticarət statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir.
Şöbənin fəaliyyət istiqaməti:
- daxili və xarici ticarət sahəsində rəsmi statistikanın təşkili və həyata keçirilməsini təmin etmək;
- sahə üzrə məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə və beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
- daxili və xarici ticarətə dair toplanmış məlumatlar əsasında ümumiləşdirilmiş etibarlı və dolğun statistik məlumatların hazırlanması, təhlili, istifadəçilərə təqdim olunmasını təmin etmək.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim