home envelope sitemap
logo

Dadaşov Hacıbala Nadir oğlu - Sənaye və tikinti statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 539-87-17
E-poçt: hajibalad@azstat.org

1964-cü il iyulun 19-da Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını bitirmişdir.
1988-2012-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləmişdir.
2013-cü ildən Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Qarabağ müharibəsi veteranıdır. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- sənaye, energetika və tikinti statistikası sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək;
- statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
- regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlamaq və aidiyyəti qurumlara çatdırmaq.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim