home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Səfərov Rasim Akif oğlu - Dayanıqlı inkişaf statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-21-39
E-poçt: rsafarov@azstat.org
1981-ci il oktyabr ayının 27-də Azərbaycan Respublikası Naxçıvan MR-in Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2006-cı ildə isə magistr pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 2004-cü ildən başlamış, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsində Layihələr üzrə koordinator vəzifəsində çalışmışdır. 2005-ci ildə “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzində sosial-iqtisadi məsələlər üzrə ekspert işləmiş, Beynəlxalq Maliyyə Korporasiyasının, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dünya Bankının sosial-iqtisadi sahədə apardığı sorğu-qiymətləndirmə layihələrində iştirak etmişdir.
2006-2009-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş məsləhətçi, sektor müdiri, 2009-2012-ci illərdə isə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri vəzifələrində çalışmışdır.
2012-2014-cü illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, 2014-2015-ci illərdə isə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsində dövlət orqanları ilə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışımışdır.
2016-cı ilin fevral ayından Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiridir.
1-ci dərəcə dövlət qulluqçusudur. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- dayanıqlı inkişafa təsir edən hadisələrin inkişaf qanunauyğunluqlarını, onların ölçülməsinin nəzəri və praktiki əsaslarını, habelə statistik məlumatların ölkədə baş verən inkişaf proseslərinə təsirinin öyrənilməsi;
- beynəlxalq təcrübə əsas götürülməklə ölkə üzrə dayanıqlı inkişafı xarakterizə edən göstəricilər əsasında kompleks təhlillərin aparılması, əldə olunmuş nəticələr əsasında tövsiyə və təkliflərin hazırlanması;
- ölkə üzrə dayanıqlı inkişafın ölçülməsi üçün göstəricilərin və onların seçilmə prosedurunun müəyyən edilməsi, habelə onlar arasında əlaqəliliyin ölçülməsi sisteminin işlənib hazırlanması;
- dayanıqlı inkişafın ölçüləri və aspektlərini əhatə edən mövzular üzrə elmi-praktiki və statistik araşdırmaların aparılması;
- dayanıqlı inkişafın ölçülməsi çərçivəsinin nəzəri və praktiki əsaslarının işlənib hazırlanması;
- dayanıqlı inkişafın aspektlərini əhatə edən sahələr üzrə ölkə və regionların rəsmi statistikasının aparılması;
- dayanıqlı inkişaf statistikasına dair rəsmi statistik informasiyaların, məlumat bazalarının və nəşrlərin hazırlanması.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim