home envelope sitemap
logo

Süleymanov Nuru Cəfər oğlu - Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-74-50
E-poçt: nuru@azstat.org
1970-ci il noyabr ayının 17-də Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. 1993-cü ildən 2000-ci ilədək Dövlətstatkomda 1-ci dərəcəli iqtisadçı, iqtisadçı, aparıcı iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmişdir.
2000-ci ildən Dövlətstatkomun Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
-milli hesablar, maliyyə və müəssisələr statistikası üzrə rəsmi statistikanın həyata keçirilməsini, qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikasına dair zəruri statistik məlumatların əldə edilməsini təmin etmək;
-statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
-regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlamaq və aidiyyəti qurumlara çatdırmaq.
kişisel blog
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim