home envelope sitemap
logo

Kuzina Tatyana Vladimirovna - Maliyyə və təsərrüfat şöbəsi

Şöbə müdiri
Telefon: 538-75-60
E-poçt: tanyak@azstat.org
1964-cü il aprel ayının 15-də Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması fakültəsinin Əməyin iqtisadiyyatı ixtisasına daxil olmuş 1986-cu ildə bitirmişdir.
1984-2005-ci illərdə Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. 2005-2015-ci illərdə Dövlət Statistika Komitəsinin Maliyyə şöbəsində müdir müavini vəzifəsində işləmişdir. 2016-cı ildən Dövlət Statistika Komitəsinin Maliyyə və təsərrüfat şöbəsinin müdiridir.
Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
-Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində və yerli statistika orqanlarında maliyyə - təsərrüfat işini və mühasibat uçotunu təşkil etmək;
-Dövlət Statistika Komitəsi sistemi üzrə dövlət maliyyə intizamına riayət edilməsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsaitə qənaət edilməsinə və onun təyinatı üzrə xərclənməsinə nəzarət etmək;
-Dövlət Statistika Komitəsi və yerli statistika orqanlarının balansında olan maddi qiymətlilərin, avadanlıq və inventarın saxlanmasına nəzarəti təmin etmək;
-Dövlət Statistika Komitəsi Aparatının və yerli statistika orqanlarının inventar, material, dəftərxana və digər ləvazimatlara olan tələbatını müəyyən edərək onları maddi qiymətlilərlə təchiz etmək;
-mühasibat hesabatlarını, xərclər smetasının icrası barədə rüblük, illik mühasibat hesabatlarını və balanslarını tərtib etmək və onları aidiyyəti orqanlara təqdim etmək;
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarına əsasən əsaslı vəsait qoyuluşuna ayrılmış vəsaitə uyğun olaraq xərclər smetasını hazırlamaq;
-Dövlət Statistika Komitəsi Aparatının və yerli statistika orqanlarının ştat cədvəllərini hazırlamaq;
-Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınmasını təşkil etmək və həyata keçirilməsini təmin etmək;
-Dövlət Statistika Komitəsinin yerləşdiyi sahədə və inzibati binada təsərrüfat xidmətini təşkil etmək.
kişisel blog
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim