home envelope sitemap
logo

Nemət İsmayıl oğlu Xuduzadə - Əmək statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-61-21
E-poçt: nemath@azstat.org
1970-ci il oktyabr ayının 13-də Göyçə mahalında anadan olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1990-1991-ci illərdə Elmi-Tədqiqat Energetika İnstitutunda texnik, 1991-1997-ci illərdə Bakı Şəhər Statistika İdarəsində aparıcı iqtisadçı, 1997-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi və şöbə müdirinin müavini vəzifələrində işləmişdir.
2016-cı ildən Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- əmək statistikası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- əmək statistikasına dair məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
- əmək statistikası sahəsinin inkişafını təmin etmək;
- əmək bazarına dair statistika tədqiqatlarını təşkil etmək;
- ölkədə yeni iş yerlərinin açılması barədə statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə və ayrı-ayrı regionlarda baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq normalarına uyğun olaraq, verilmiş səlahiyyətlər çərçivəsində digər dövlətlərin statistika xidmətləri və beynəlxalq təşkilatlar ilə əmək statistikası sahəsində əməkdaşlığı həyata keçirmək.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim