home envelope sitemap
logo

Süleymanova Sevda İbad qızı - Ümumi şöbə

Şöbə müdiri
Telefon: 538-87-52
E-poçt: sevdas@azstat.org
1967-ci il iyul ayının 20-də Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən 2006-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, baş iqtisadçı, 2006-ci ildən 2016-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatında baş məsləhətçi, sədrin köməkçisi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir.
2016-ci ilin may ayından Dövlətstatkomun Ümumi şöbəsinin müdiridir.
Dövlət qulluğunun kiçik müşaviridir. Bir oğlu var.
Şöbənin fəaliyyət istiqaməti:
-Dövlət Statistika Komitəsi Aparatında sənədlərin dövriyyəsini həyata keçirir;
-Dövlət Statistika Komitəsinə daxil olan tapşırıq və ya sorğuların icrasına dair nəzarətə götürülmüş materialların icrasına nəzarət edir;
-Dövlət Statistika Komitəsinin ünvanına vətəndaşlardan daxil olan ərizə, təklif və şikayətlərin uçotunu aparır, Dövlət Statistika Komitəsi Aparatının struktur bölmələrinin və onun tabeliyində olan təşkilatların bu məsələ ilə bağlı əlaqədar işlərinə nəzarət edir;
-Dövlət Statistika Komitəsinin rəhbərliyi tərəfindən vətəndaşların qəbul olunmasını təşkil edir, qeydiyyat aparır və nəzarəti həyata keçirir;
-Dövlət Statistika Komitəsi sədrinin göstəriş və tapşırıqlarını yerinə yetirir;
-Dövlət Statistika Komitəsi Aparatının şöbələrinin arxivləşmə üzrə işlərinin aparılmasını təmin edir.
kişisel blog
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim